31 Martla bağlı vikipediyada məqalələr yaradıldı

XALQ,AZ xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxananın Sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılan “Qorqud” viki klubunun könüllüləri tərəfindən azərbaycanlıların 1918-ci il 31 martsoyqırımına həsr olunmuş məqalələr yaradılıb.

Məqalələrdən biri Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 15 iyul 1918-ci ildə yaratdığı Fövqəladə Təhqiqat Komissiyası ilə bağlıdır. Burada komissiyanın fəaliyyəti və qərarları əks olunub. “Mart soyqırımı” adlanan başqa bir məqalədə 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhəri, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və s. ərazilərdə Bakı Soveti və Daşnaksütyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın faktları əksini tapıb. Vikipediyada yaradılmış digər məqalələr Cənubi Azərbaycan, Lənkəran (1917-1919), Naxçıvan (1917-1920-ci illər), Qarabağ (1918-1920), Zəngəzur (1918-1920) bölgələrində baş vermiş soyqırımlara həsr olunub.

Aşağıdakı linklərə daxil olmaqla məqalələrlə ətraflı şəkildə tanış ola bilərsiniz:

https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Xalq_C%C3%BCmhuriyy%C9%99tinin_F%C3%B6vq%C9%99lad%C9%99_T%C9%99hqiqat_Komissiyas%C4%B1
https://az.wikipedia.org/wiki/Mart_soyq%C4%B1r%C4%B1m%C4%B1
https://az.wikipedia.org/wiki/C%C9%99nubi_Az%C9%99rbaycanda_soyq%C4%B1r%C4%B1m
https://az.wikipedia.org/wiki/Lənkəran_qəzasında_soyqırımlar_%281917-1919%29
https://az.wikipedia.org/wiki/Naxçıvan_bölgəsindəsoyqırımlar%281917-1920-ci_illər%29
https://az.wikipedia.org/wiki/Qarabağbölgəsində_soyqırımlar%281918-1920%29
https://az.wikipedia.org/wiki/Zəngəzur_qəzasında_soyqırımlar_%281918-1920%29

Elgün