32 müəssisənin sahibi cərimələnib

30

 

10 iş istintaq orqanına verilib.

Bu ilin iyul ayı ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 32 müəssisənin sahibi inzibati qaydada cərimələnib.

XALQ.AZ APA-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən verilən xəbərə görə, 32 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 10 iş istintaq orqanına verilib, 19 nəfər işdən müvəqqəti olaraq kənarlaşdırılıb.

“Ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 280 yeyinti məhsulu nümunə götürülüb, onlardan 6-də kənara çıxma, mikrobioloji göstəricilərinə görə götürülən 797 nümunədən isə 3-də kənara çıxma aşkar olunub. Toksikoloji göstəricilərinə görə 51, onlardan 28-də nəticə qeyri-kafi olub.

Ötən ay ərzində şadlıq evlərindən 923 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 17 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb”, – məlumatda deyilib.