Jalə Əliyeva seçicilərin problemlərini həll etdi
Zərdab rayonundan seçici müraciətləri əsasında növbəti qəbulumuzu ötən gün onlayn qaydada keçirtdik.
Bunu XALQ.AZ-a Milli Məclisin deputatı Jalə Əliyeva bildirib.
Millət vəkili qeyd edib ki,qəbula yazılan Zərdablı seçicilərimizin istək və təkliflərini dinlədik, hər zaman olduğu kimi, məsələlərin operativ həlli üçün qəbulun gedişi sırasında yerli qurumlarla telefon danışığı apardıq. Qaldırılan digər məsələlər haqqında isə yazılı ərizələr daxil olduqdan sonra tərəfimizdən mərkəzi icra orqanlarına müraciət ediləcəkdir. Onlayn qəbulun keçirilməsində bizə yardımçı olan gənc və bacarıqlı oğlumuz Kamal Xəlilova təşəkkür edirəm.