38 yaşlı kişi bıçaqla özünə çoxsaylı xəsarətlər yetirdi – Goranboyda

Goranboyda 38 yaşlı kişi özünə çoxsaylı bıçaq xəsarəti yetirib.

Xalq.az apa-ya istinadən xəbər verir ki, rayonun Hazırəhmədli kəndində kənd sakini ı Ariz Süleymanov intihara cəhd edib. Özünə çoxsaylı bıçaq xəsarəti yetirən şəxs dərhal xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin kafi olduğu bildirlir.

Onun kişinin özünü hansı səbəbdən bıçaqlaması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.