4 dekabra astroloji proqnoz

 

95

QOÇ – Əsəblərinizi gərginləşdirə bilən olaylara həvəs göstərməyin. Bütün umu-küsüləri bir tərəfə atıb reallığa uyğun hərəkət edin. Əsasən də ailə-sevgi münasibətlərinə diqqət ayırın.

BUĞA – Əgər işləyirsinizsə, müəyyən mübahisələrlə rastlaşma ehtimalınız var. Bunu nəzərə alıb rəhbərliklə, eləcə də həmkarlarınızla mübahisələrdən yayının. Sərt mövqe nümayiş etdirməkdənsə, təmkinli olun.

ƏKİZLƏR – Göy qübbəsi bu təqvimi bütünlüklə sevgiyə həsr etməyinizi məsləhət görür. Yersiz qısqanclığa yol verməyin. Səmimi olun ki, rəğbət qazanasınız. Nahar ərəfəsində sürprizlər mümkündür.

XƏRÇƏNG – Dekabrın ən uğurlu günlərindən birini yaşayacaqsınız. İstər şəxsi büdcənizdə, istərsə də fəaliyyət zəminində uğurlarınız artacaq. Təşəbbüskarlığı mümkün qədər əldə saxlayın.

ŞİR – Kənar məsləhətlərdən nə qədər uzaq olsanız, bir o qədər rahatlıq tapacaqsınız. Yaxşı olar ki, ciddi qərarları yalnız ürəyinizin səsinə uyğun verəsiniz. Ümidsizlikdən uzaq olun.

QIZ – Sevgi münasibətlərini tənzimləmək üçün aktivliyinizi artırın. Daxili narahatçılığınızı aradan qaldırmaq istəyirsinizsə, qarşı tərəfə güzəştə gedin. Uzaq yola çıxmağa dəyər.

TƏRƏZİ – Yaxşı olar ki, bu gün fəaliyyətə bir qədər ara verəsiniz. Vaxtınızı daha çox əyləncə və səyahətlərə sərf edin. Axşama yaxın səhhətinizin qayğısına qalın. Ailə üzvlərinizlə mehriban davranın.

ƏQRƏB – Perspektivli görüşlərdə iştirak etmək üçün ulduzlar sizə yardımçı olacaqlar. Aldığınız təkliflər gələcək həyatınızda təkan rolunu oynayacaq. Odur ki, aktivliyinizi artırmalısınız.

OXATAN – Təzə xəbərlər yolunuzu gözləyir. Bu, daha çox yeni iş təklifləri və ya fəaliyyətdə sıçrayışlarla bağlı gözləntilərdir. Günün ikinci yarısında ürəyinizcə olan hadisələrlə rastlaşacaqsınız.

OĞLAQ – Ulduzların düzümü bu tarixdə xeyli işləyəcəyinizdən xəbər verir. Lakin buna görə usanmağınız əbəsdir. Çünki əziyyətinizin bəhrəsini mütləq görəcəksiniz. Həvəsiniz olsa, axşam qonaq gedin.

SUTÖKƏN – Daxili sıxıntılarınızın artdığı bir ərəfədə mübahisəli situasiyalara meyl etməyin. Ümumiyyətlə, bu gün vaxtınızın çox hissəsini mənzil şəraitində keçirməyiniz məsləhətdir.

BALIQLAR – Ətrafınızda olan insanlarla mehriban ünsiyyət yaradın ki, çətinə-dara düşəndə dəstək almağa yeriniz olsun. İşlə bağlı atacağınız addımları dəfələrlə götür-qoy edin. Daha səmimi olun.