4 qollu və 4 ayaqlı körpə doğuldu (FOTO+18)

usaq

Çində qəribə bir hadisə baş verib.

Xalq.az-ın məlumatına görə, Çində 4 qollu və 4 ayaqlı körpə doğulub. Başı olmayan yapışıq bir əkizi xatırladan körpənin sağlamlıq vəziyyəti isə hələlik yaxşıdır.

Həkimləri belə heyrətə salan körpə doğulduğunda yapışıq bir əkizə bənzəyirdi. Ancaq yapışıq əkizlərdən onu ayıran bir xüsusiyyəti daha var idi ki, o da körpənin yalnız bir başı olmasıdır.

13 günlük çinli körpə həkimlərin müvəffəqiyyətli əməliyyatının ardından əlavə qol və ayaqlardan qurtulub. Hal-hazırda sağlamlıq vəziyyəti yaxşı olan körpə xəstəxanada nəzarət altında saxlanılır.

Körpənin anası ilə atası ondakı bu problemin səbəbini anlaya bilmək üçün bir çox xəstəxanaya getsə də heç bir mütəxəssis hələ körpənin əlavə qol və ayaqlarla doğulduğunu açıqlaya bilmir.

Dünyada analoqu olmayan bu qəribə hadisə ən son iki il əvvəl Pakistanda yaşanıb.

usaq