41 yaşlı kişi dərisini satışa çıxardı (FOTO)

Deri

Əslən Polşadan olan Artur Mоrozovski dərisini “e-bay” vasitəsi ilə satışa çıxarıb.

Xalq.az-ın məlumatına görə, Varşavada yaşayan 41 yaşlı Arturun dərisi sıradan bir dəri deyil. O, dərisinin 90%-nı yaquar tatusu ilə döydürüb.

Tatuların bədənə döyülməsinə ümumilikdə təqribən 300 saat sərf olunub. Tatular onun həyat yoldaşı Monika tərəfindən döyülüb.

Artur Mоrozovski insanlar tərəfindən düzgün qəbul olunmadığını deyir: “İnsanlar mənim dəli olduğumu fikirləşirlər, lakin bizim hamımız bir gün dünyamızı dəyişəcəyik. Bəziləri orqanlarını bağışlayacaqlar, bəziləri isə bununla heç bir şey etməyəcəklər. Mənim isə itirməyə heç bir şeyim yoxdur.”

Dərinin satışı yalnız onun ölümündən sonra mümkün olacaq. Satışın ilkin qiyməti 75 min funt sterlinqdir.

deri-1