Şabranda naməlum kişi meyiti tapılıb

02

 

Şabran rayonunda naməlum kişi meyiti tapılıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 40-50 yaşlarında kişi meyiti Taxtakörpü su anbarına tökülən suttulayıcı qurğunun yaxınlığında aşkarlanıb. Onun barmaqlarının üzərində döymə üsulu ilə 1973 və ata sözləri yazılıb.
Meyitin kimliyinin müəyyənləşdirilməsi üçün hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.