“47 vəzifəli şəxs məsuliyyətə cəlb olunub”

Bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 2019-cu ilin yekunlarına dair mətbuat konfransı keçirilib. 

XALQ.AZ-ın verdiyi xəbərə görə, İdarənin rəisi, Baş Prokurorun müavini Kamran Əliyev hesabatla çıxış edərək bildirib ki, ötən il Baş İdarə tərəfindən vətəndaşların 8447 müraciətinə baxılıb, həmçinin 317 cinayət xarakterli material araşdırılıb.

Həmin materialların 231-i (72.90 %) üzrə cinayət işi başlanıb,  86 (27.10 %)  material üzrə digər prokuror təsir aktları tətbiq edilib. 

“161-Qaynar xətt” əlaqə mərkəzinə yerli icra hakimiyyətləri, səhiyyə, sosial müdafiə, təhsil, bələdiyyə və digər sahələri əhatə edən 3849 müraciət üzrə əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib, 19 halda müraciət üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, habelə aşkar 
edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib, görülmüş tədbirlər nəticəsində 47 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/