5 dekabra astroloji proqnoz

95
QOÇ – Təxminən saat 13-ə qədər praktiki cəhətdən hər hansı yenilik gözlənilməsə də, sonrakı müddətdə vəziyyətin tam fərqli olacağına inana bilərsiniz. Ürəyinizdəki şübhələri qovun.
BUĞA – Fəaliyyətdən daha çox qarşılıqlı münasibətlərə vaxt ayırın. Əgər deyilən istiqamətdə boşluq varsa, tələsin. Savab işlər görün. Vaxt tapıb müqəddəs ziyarətgahlara da getmək olar.
ƏKİZLƏR – Ünsiyyətdə olduğunuz hər kəsin hörmətini qazanmağa çalışın. Kosmik durumun xeyrinizə tənzimlənməsi yarımçıq işlərin həllini sürətləndirməyi tələb edir. Dinə zidd addım atmayın.
XƏRÇƏNG – Müqəddəs dinimizin ənənələrinə hörmətlə yanaşın, hamıya mərhəmət göstərin, xüsusən də sıx təmasda olduğunuz insanlara. O ki qaldı maliyyə durumuna, bu barədə narahat olmayacaqsınız.
ŞİR – İşgüzar sövdələşmələri başa çatdırmaq, yeni layihələri reallaşdırmaq üçün günün şanslarından istifadə edin. Amma hər bir söhbətdə qarşı tərəfi sonacan dinləyib sonra qərar verin.
QIZ – Ötən günlərin gərginliyi nahara qədər davam etsə də, təmkinli olmaqla bu müddəti itkisiz başa vura bilərsiniz. Təcrübəli insanların məsləhətlərinə qulaq asın. Ehtiyac sahiblərinə baş çəkin.
TƏRƏZİ – Daxili səsiniz qətiyyətli olmağı tələb edirsə, yalnız irəli atılın. Əmin olun ki, şanslar özü gəlib sizi tapacaq. Yaşlı doğmalarınızın fikirlərinə də hörmətlə yanaşın.
ƏQRƏB – Diş və ya baş ağrılarına mübtəla olmamısınızsa, günün ümumi mənzərəsi sizi qane edəcək. Məhəbbət amilinə isə yalnız söz kimi yanaşmayın. Uzaq olmayan ünvanlara qonaq getmək olar.
OXATAN – Həmkarlarınızla davranışları məcrasından çıxarmasanız, gün ərzində hansısa qanqaraçılığı ilə üzləşməyəcəksiniz. Pulla bağlı narahatçılığınız da qismən səngiyəcək.
OĞLAQ – İxtiyarınızda olan bu təqvimdə fəaliyyətə ara verib tamam fərqli zəmində iş aparmalısınız. Məhəbbət və qohumluq əlaqələrinə də vaxt ayırın. Gün ərzində maraqlı tanışlıqlar da gözlənilir.
SUTÖKƏN – Daxili stresslərinizin çoxalması ətrafda olan hər şeyə narazılığınızı artırıb. Amma bunun yaxşı sonu olmadığı üçün bir qədər genişürəkli olun. Ümidinizi insanlara deyil, Allaha bağlayın.
BALIQLAR – Ulduzlar ötən günlərdə hamıdan çox yorulduğunuzu bəyan edir. Bu səbəbdən də bu günü istirahətə həsr etməyə çalışın. Əyləncə və qonaqlıqlara vaxt ayırın ki, yorğunluğunuz getsin.