5 mindən çox məhbus azad edildi

Mərakeşdə koronavirusla mübarizə tədbirləri çərçivəsində 5654 məhbus azadlığa buraxılıb.

XALQ.AZ xəbər verir ki, bununla bağlı Mərakeş kralı VI Məhəmməd əfv fərmanı imzalayıb.

Fərmana əsasən, daha çox yaşlılar, səhhətində problem olanlar, uzun müddət həbs həyatı yaşayanlar və həbsxanada özlərini nümunəvi aparanlar azadlığa buraxılıb.

Qeyd edək ki, Mərakeşdə 919 koronavirusa yoluxma halı qeydə alınıb. 59 nəfər bu virusun qurbanı olub.