5 noyabra astroloji proqnoz

6
QOÇ – Saat 11-13 arası azacıq gərginliklə üzləşsəniz də, günün əsas qayəsi zövqünüzə uyğun tərzdə  cərəyan edəcək. Nahardan sonra gözlənilməz və sevindirici hadisələrlə rastlaşacaqsınız.
BUĞA – Göy qübbəsi təzadlar ümmanına düşməyinizdən xəbər  verir. Bu səbəbdən hər addımda ağıllı və tədbirli davranmalısınız. Fəaliyyətlə bağlı problemləriniz tədricən qaydasına düşəcək.
ƏKİZLƏR – Ümumi məziyyətlərinə görə bəxtinizə gərgin bir təqvim çıxa bilər. Odur ki, hər addımda tədbirli və ayıq-sayıq olmalısınız. Haqqınızı zorakı üsullarla tələb etməyə çalışmayın.
XƏRÇƏNG – İş yerində xırda qanqaraçılığı gözlənilir. Özünüzü ehtiyatlı aparın. Sizi başa düşməyənlərə  nəyisə anlatmağa çalışmayın. Əsas diqqətinizi cari iş problemlərinin həllinə yönəldin.
ŞİR – Yeni əlaqələr yaratmaqla mövcud problemlərinizi həll etmək imkanı qazanacaqsınız. Müzakirələr zamanı mövzudan kənara çıxmayın. Axşama doğru ürəyinizə yaxın adamlara baş çəkin.
QIZ – Perspektivli sövdələşmələr  üçün uğurlu vaxtdır. Amma danışıqları yalnız ikili vəziyyətdə aparmalısınız. Bu gün mühüm planlarınızı kiməsə desəniz, onlar reallığını itirə bilər.
TƏRƏZİ – Olduqca uğurlu gündür. İdeyalarınıza doğru ilkin addımlar atmaqdasınız. Tərəfdaşlarınızla səmimi olsanız, bu prosesi sürətləndirə bilərsiniz. Nahardan sonra müqəddəs ocaqlara baş çəkin.
ƏQRƏB – Hansısa narahatçılığa əsas yoxdur. İştirakçısı olduğunuz proseslər müsbət istiqamətdədir. Hətta maddi durumunuzun da yaxşılaşacağı mümkündür. Məsuliyyətinizi dərk edin.
OXATAN – Oturaq işlərə müəyyən qədər ara verin. Yoxsa gərginlikdən qurtula bilməyəcəksiniz. Ulduzlar müxtəlif ünvanlardan maraqlı təklif alacağınızı bildirir. Axşam sevinəcəksiniz.
OĞLAQ – Baş verən situasiyaları  reallığın gözü ilə qiymətləndirsəniz, uğurlarınız  çox olacaq. Bu gün sizə qarşı rəğbət artacaq. Bunu nəzərə alıb hərəkətlərinizə diqqət yetirin.
SUTÖKƏN – Üzərinizə düşən başlıca vəzifə səhhətinizi qorumaqdan ibarətdir. Hətta bunun naminə  işdən yayınmaq da olar. Saat 18-dən sonra sevgi romantikliyinə qapılmağınız məsləhətdir.
BALIQLAR – Göy qübbəsi ovqatınızın yüksələcəyinə  işarə edir. Mənəvi rahatlığa qovuşmaq üçün imkanlarınız var. Buna baxmayaraq, təkbaşına fəaliyyət göstərməkdən çəkinin. Qazanc barədə düşünün.