5 yaşlı uşaqlar uçün məktəblərdə sənəd qəbulu vaxtı uzadıldı

maktabli

Xalq.az APA-ya istinadən məlumat verir ki,Bakı Şəhəri üzrə Təhsil İdarəsində 6 yaşı cari ilin 31 oktyabr tarixinə qədər tamam olan uşaqların məktəbə qəbulu ilə bağlı sənədlərinin qəbul müddəti sentyabrın 5-dək uzadılıb. Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məlumat verib.

O bildirib ki, sənədlər Bakı Şəhəri üzrə Təhsil İdarəsində avqustun 28-dən (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək: “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəbləri tərəfindən avqustun 17-dək sənədlər qəbul edilib. Lakin valideynlərin və digər qanuni nümayəndələrin Bakı şəhərində olmaması səbəbindən bəzi uşaqlar qeydiyyatdan keçə bilməyib. Bakı Şəhər Təhsil İdarəsində qeydiyyatdan keçməsi mümkün olmayan uşaqların qeydiyyat müddətinin uzadılmasına Təhsil Nazirliyi tərəfindən baxılıb. Təhsil Nazirliyinin 27 avqust tarixli məktubu ilə sənədlərinin qəbulu müddətinin sentyabr ayının 5-dək uzadılmasına icazə verilib”.

Sənədlər Bakı Şəhəri üzrə Təhsil İdarəsində avqustun 28-dən (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00 – dan 17:00 – dək qəbul ediləcək.


Comments are closed.