500-dən çox bağça müdirinin ali təhsili yoxdur

2019-cu ilin əvvəlinə olan məlumata görə, ölkə ərazisində 1803 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 124-ü qeyri-dövlət məktəbəqədər təhsil müəssisələri, 1679-u isə dövlət məktəbəqədər təhsil müəssisələridir. 

XALQ.AZ xəbər verir ki, bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrindəki uşaqların ümumi sayı 121 900 nəfərdir. Bunun 92 600 nəfəri şəhər yerlərində, 29 300 nəfəri isə kənd yerlərində qeydə alınıb. Özəl bağçalarda isə 4927 uşaq yerləşdirilib . 

Dövlət bağçalarında işləyən 16099 pedaqoji işçinin 31,8 faizi ali, 61,7 faizi orta ixtisas, 6,3 faizi isə tam orta təhsillidir. 1679 dövlət bağçasının müdirlərindən 69,9 faizi ali, 28,6 faizi orta ixtisas, 1 faizi isə tam orta təhsillidir. Ümumilikdə isə rəsmi statistikaya əsasən, 505 bağça müdirinin ali təhsili yoxdur.