545 şəxsə müəlliflik hüququ verilib

Bu ilin ilk 8 ayı ərzində Azərbaycanda 545 şəxsə müəlliflik hüququ verilib.

Əqli Mülkiyyət Agentliyindən sorğusuna cavab olaraq bildirilib ki, cari ilin yanvar-avqust ayları ərzində ərzində müəlliflik hüququ obyektlərinin dövlət qeydiyyatı ilə bağlı 548 müraciət daxil olub.

Həmin müəllif hüquq sahiblərinin və hüquqi şəxslərin 545-nə müsbət, 3 müraciətə isə dövlət qeydiyyatından imtina qərarı verilib.

Müraciətlər əsasən müəlliflik hüququ obyektlərinin aşağıda göstərilən növlərini əhatə edib:

– Kompüter proqramları

– Məlumat topluları

– Multimedia məhsulu

– Elmi əsərlər və dərs vəsaitləri

– Ədəbi əsərlər

– Dram, musiqili dram və digər səhnə əsərləri

– Mətnli və mətnsiz musiqi əsərləri

– Audiovizual əsərlər

– Heykəltəraşlıq, rəngkarlıq, qrafika

– Dizayn və digər təsviri sənət əsərləri

– Dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri

– Törəmə əsərlər

– Toplular (tərtibat əsərləri)

– Memarlıq, şəhərsalma və bağ park əsərləri.