6 yaşlı azərbaycanlı Rusiyada seriala çəkilir-Foto

Altı yaşlı azərbaycanlı model və aktyor İmran Çələbi Rusiyada yayımlanan “Yolka 7” serialında rol alacaq.

XALQ.AZ xəbər verir ki, Ramilə Çələbi “Instagram” hesabında çəkiliş meydançasından fotoları paylaşaraq məlumat verib.

İmran İvan Urqantın canlandırdığı “Boris Vorobyov”un oğlu rolunu oynayacaq.

Qeyd edək ki, serialın çəkilişləri hələ də davam  edir.

Onu da bildirək ki, İmran Çələbi valideynləri ilə Sank-Peterburqda yaşayır. O, indiyədək müxtəlif brendlərin reklam çəkilişlərində iştirak edib, dəfələrlə podiuma çıxıb.

 

 

 

Orxan