68 dairə üzrə 385 video-materialı araşdırırıq – Pənahov

Mərkəzi Seçki Komissiyası (MSK) indiyədək 68 seçki dairəsinin 179 seçki məntəqəsi üzrə 385 videomaterialı araşdırır.

XALQ.AZ xəbər verir ki, bu barədə MSK-nın iclasında 34 saylı Xətai ikinci seçki dairəsi üzrə daxil olmuş şikayətlərin müzakirəsi zamanı komissiya sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, daxil olan protokollar və onlara uyğun sənədlərin hamısı araşdırılır.

“Biz çalışırıq ki, daxil olan bütün müraciətləri araşdıraq. Namizədlərin narahat olmasına ehtiyac yoxdur. MSK-ya daxil olan bütün müraciətlər tərəfimizdən araşdırılır”, – deyə M.Pənahov bildirib.