681 mindən artıq müraciət 2016-cı ildə təcili yardıma daxil olub

Russia Ambulance Abuse

Ötən il Səhiyyə Nazirliyi Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 681 mindən artıq ümumi müraciət daxil olub ki? bu da 2015-ci illə müqayisədə 36 mindən çox olub. Xalq.az-ın xəbərinə görə, bu barədə stansiyanın baş həkiminin müavini İradə Əliyeva ötən ilin yekunları ilə bağlı keçirilən hesabat konfransında məlumat verib.

O bildirib ki, edilən müraciətlərdən 63 mindən çox halda xəstə və zərərçəkənlər xəstəxanalara yerləşdiriblər. İ.Əliyeva söyləyib ki, uşaqlar üçün edilən çağırışların sayı 83 mindən çox olub ki, onlardan da xəstəxanalara yerləşdirənlərin sayı 13 mindən artıq olub: “Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2 min nəfərdən çox olub”.