8 marta hansı məktəbdə pul yığılır?

1447924129_mekteb

Bakının mərkəzindəki məktəblərdə və məktəb-liseylərdə müəllimlərin “qiymət”i 50 manatdır

10 gündən sonra 8 Mart Beynəlxalq Qadınlar Günü, valideynlərin isə beynəlxalq “hüzn” günüdür. Bu bayramla əlaqədar artıq ölkənin əksər təhsil ocaqları “gücləndirilmiş iş rejiminə” keçib. Həmin “rejim” isə ondan ibarətdir ki, indidən müəllimlər şagirdlərə bayram hədiyyəsi ilə bağlı xəbərdarlığı edib. Hər kəsə məlumdur ki, mart ayı girər-girməz məktəblərdə “mart yığımı”nın qızğın dövrü başlanır. Bütün ümumtəhsil məktəbləri 8 Marta qədər qarşıdakı günlərdən maksimum yararlanmağa çalışır.

 

Necə deyərlər, belə fürsət hər zaman ələ düşmür. İndi əsl məqamdır. Məktəblərdə müəllimə gül dəstəsi bağışlamaq müasir təhsil epoxamızda əskiklik sayılır. Hazırkı müəllimlər üçün gül dəstəsi, ya süpürgə, fərqi yoxdu. Şagirdin başına çırparlar o gülü. Praktik olmasa da, nəzəri. Biz də bu cəmiyyətdə yaşayırıq və ətrafımızda oğlu-qızı şagird olan nə qədər qonşu, qohum, dost-tanış var. Övladı şagird olan kimdən soruşursan, deyir, bəli, 8 Mart üçün pul yığılır. Məbləğsə məktəbin “statusu”na uyğun dəyişir. Bakının mərkəzindəki məktəblərdə və məktəb-liseylərdə müəllimlərin “qiymət”i 50 manatdır. “Adi” məktəblərdə isə şagirdlərdən 20-30 manat yığılır. Yığılan məbləğ sinif müəllimləri arasında bölünür. Məktəb direktoruna da ən iri pay çatır. Təsəvvür edin, bir sinifdə 30-35 şagird, hər məktəbdə aşağısı 1000 şagird olduğunu nəzərə alsaq, hər şagirddən 20 manat yığılması toplamda 20 min manat pul eləyir. Dərd burasındadır ki, valideynlər bu çirkin pul yığımı kampaniyasının aparıcı üzvlərinə çevriliblər. Pul yığılmasını çox yerdə məhz valideynlər həyata keçirir. Kasıb uşağa da yuxarıdan aşağı baxırlar ki, niyə pul gətirmirsən?

 

Tahsil Nazirliyi hər il KİV-də elan edir ki, təhsil müəssələrində 8 mart bayramı ilə əlaqədar pul yığımı qadağan edilir. Lakin bu sadece KİV-də dərc olunur və əməl edən isə……

Qeyd edək ki, əksər məktəblərin qapısında  yapışdırlmış kağız parçası hər bir valideyni cəlb edir. O kağız parçasında məktəbin müdirəsinin əmri qeyd olunur ƏMR-də bildirilir ki, “Məktəbdə pul yığmaq qadağandır”. Lakin bu ƏMR-də kağız üzərində icra olunmamış qalır.

XALQ.AZ-a oxuculara müraciət edir ki, hər hansı bir  məktəbdə 8 mart bayramı ilə əlaqədar pul yığılırsa bu barədə Təhsil nazirliyinin qaynar xəttinə (146) müraciət edin həmçinin  info-xalq@mail.ru poçtumuza müraciət edə biləriniz. Redaksiyaya müraciət edənlərin kimliyi açıqlanmayacaq.