81 yaşlı millət vəkili açıqladı: “Gələn il deputat olmayacam”

“Gələn il Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak etməyəcəm”.

XALQ.AZ xəbər verir ki, bu barədə unikal.org-a Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

O bildirib ki, gələn il yaş həddi ilə əlaqədar Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyini irəli sürməyəcək:

“Artıq mən yaşlanmışam. Hesab edirəm ki, bizim yerimizi gənclər tutmalıdır”.

81 yaşlı millət vəkili açıqladı: "Gələn il deputat olmayacam"

Orxan