83 yaşlı deputat ABŞ-da yaşayırmış

“Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir. Gələndə də gələcək planları barədə bizə məlumat vermir”.

XALQ.AZ xəbər verir ki, bu sözləri modern.az-a Azərbaycan Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Mələk Bayramova xanım sənətçinin 9 fevralda keçirləcək növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmayacağı barədə danışarkən deyib.
Deputatın köməkçisi bildirib ki, Zeynəb Xanlarovanın yenidən deputat seçilmək istəyindən xəbəri yoxdur: “Yaxşı olar ki, bu barədə Zeynəb Xanlarovanın özünə müraciət edəsiniz”.

Qeyd edək ki, bu ayın sonlarında – dekabrın 28-də Zeynəb Xanlarovanın 83 yaşı tamam olacaq. Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Belə ki, o, 1985-ci ildən indiyə kimi deputat mandatı daşıyır. 

XALQ.AZ

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/