9 aylıq uşaq məhkəməyə verildi

Usaq-1

Doqquz aylıq uşaq məhkəməyə verilib. Xalq.az-ın məlumatına görə, Pakistanda valideynləri ilə birgə məhkəmə qarşısına çıxarılacaq körpə qətlə cəhddə ittiham edilir.
Məlumata görə, ailə qaz sayğacı quraşdırmağa gələn yanacaq şirkəti əməkdaşlarını daşlayıblar.

Ailə başçısının sözlərinə görə, əslində onlar yaşadıqları rayonda enerji təminatı siyasətinə etiraz etdikləri üçün günahlandırılırlar.

Məlumata görə, məhkəmə sədri polisi bu işdən uzaqlaşdırıb və körpəni girov müqabilində azad edib. Çünki uşağın yaşı Pakistanda məsuliyyətə cəlb edilmək üçün nəzərədə tutulan minimal həddən də aşağı olub.
Lakin körpə bir həftədən sonra növbəti məhkəmə dinlənməsində iştirak etməlidir.