9 restoranın fəaliyyəti dayandırıldı – Siyahı

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən konfransda ictiami-iaşə obyektlərində aparılan monitorinqlərin nəticələri açıqlanıb.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib ki, 5 ay ərzində aparılan monitorinqlərin nəticələrinə görə, 301 ictimai-iaşə obyektində araşdırmalar aparılıb. Bəlli olub ki, onlaırn 53-ü müasir qurğularla təmin olunub, 180-da bu istiqmaətdə işlər davam edir, 59 obyektlə bağlı akt və protokol tərtib olunub.
XALQ.AZ xəbər verir ki, Nazirliyin açıqladığı məlumata görə, 9 restoranın fəaliyyətinin dayandırılması üçün lazımi işlər görülür. Bu restoranlar sırasında “Tərlan”, “Xəmsə”, “Dan Ulduzu”, “Neapol”, “Turan”, “Filiz palace” və  “Arzu”nun adı var.
Noyabrın 1-dən etibarən digər rayon və şəhərlərdə ictimai-iaşə obyektlərində araşdırmalara başlanılacaq.

 

 

Orxan