907 nəfər koronavirusdan sağalıb – RƏSMİ

Hazırkı dövrədək ölkəmizdə 1518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan XALQ.AZ-a verilən məlumata görə, onlardan 907 nəfər müalicə olunaraq sağalıb:

“20 nəfər vəfat edib, 591 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.