91 yaşlı qadın rekorda imza atdı

11

ABŞ-da maraqlı bir marafon yarışı olub.

XALQ.AZ-ın məlumatına görə, ABŞ-da yaşayan 91 yaşlı Qarriet Tompson 7 saat davam edən qaçışla rekorda imza atıb.

Tompson onunla az yaş fərqi olanlar arasında ən yaşlı qadın marafonçu adını qazanıb.

”Qaçışın yarısına çatanda fikirləşdim ki, bunu bacarmayacam. Lakin qaçmağa davam etdikcə yarış asanlaşdı və əyləncəli hala gəldi.” – deyə, 91 yaşlı marafonçu bildirib.

1999-cu ildə 77 yaşında ikən qaçmağa başladığını dilə gətirən ABŞ-lı marafonçu, daha sonra sözlərini bu cür davam edib:
”Qan xərçənginə tutulan yoldaşlarım üçün qaçmağa qərar verdim. Bir dostum qan xərçəngi dərnəyinin təşkil etdiyi qaçışlarda iştirak edərək pul yığırdı. Bundan xəbər tutanda, mən də edə bilərəm dedim.”

Qeyd edək ki, Tompson bundan əvvəl 14 dəfə bu marafonda iştirak etdiyini açıqlayıb.