Zimbabvenin keçmiş prezidenti vəfat etdi

Zimbabvenin sabiq Prezidenti Robert Muqabe vəfat edib.

XALQ.AZ  xəbər verir ki, bu barədə ölkə hakimiyyəti məlumat yayıb.

95 yaşlı siyasətçi 1987-ci ildən 2017-ci ilədək dövlət başçısı postunda çalışıb.

Zimbabve Respublikasının ikinci Prezidenti olmuş R.Muqabe son illərdə prostat xərçəngindən əziyyət çəkirdi, mütəmadi olaraq xaricdə müalicə olunurdu.