Azərbaycanda Mobil Nömrələrin Daşınması (MNP) sisteminin tətbiqi prosesi ilə bağlı tənzimləyici orqanla operatorlar arasında danışıqlar gərgin keçir.
«APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib: «Lakin problem demək olar ki, həllini tapıb. Və artıq gələn ilin yanvarın 1-dən mobil rabitə operatorları bu sistemin tətbiqinə başlayacaq».
Ə.Abbasov yeni sisteminin tətbiqinin mobil rabitə xidmətlərin bazarına müsbət təsir göstərəcəyini düşünür: «Hesab edirəm ki, bundan sonra mobil operatorlar arasında rəqabət daha da güclənəcək. Eyni zamanda, bu, mobil danışıq tariflərinin aşağı düşməsinə gətirib çıxaracaq».