Azərbaycan Prezidenti İlham Əliyev Novruz Məmmədovu “Şərəf” ordeni ilə təltif edib.
XALQ.AZ xəbər verir ki, bununla bağlı imzalanan sərəncamda deyilir:
“Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Novruz İsmayıl oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilsin”.