Nisbət Sədrayeva : Mənə dəstək olduqları üçün bütün tamaşaçılara təşəkkür edirəm

16.09.2018 tarixində Azərbaycan “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi olan “Muğamat var olan yerdə” Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən 2015-ci il Televiziya Muğam müsabiqəsinin qalibi Nisbət Sədrayevanın solo konserti baş Tutmuşdur . Nisbət Sədrayeva bildirib ki, bu layihə hər il keçirilir: “Solo konsertin vaxtı mövsümün açılışı ilə əlaqədar sentyabra, daha doğrusu, sentyabrın 16-na təyin olunmuşdur. Mövsümün açılışını etmək mənim qismətimə oldu. İnanıram ki, uğurlu başlanğıcdır”.

Muğam müsabiqəsi qalibinin sözlərinə görə, konsert əlamətdar hadisə ərəfəsinə təsadüf edir: “Məlum olduğu kimi, hər il sentyabrın 18-i böyük bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlı Milli musiqi bayramı kimi qeyd olunur. Bu dəfə Üzeyir Hacıbəyli yaradıcılığına müraciət etməmişdim. Ancaq gələcəkdə bu istiqamətdə layihələrimiz olacaq”. Solo konsertdə Mərhum Azərbaycan Respublikasının Xalq Artisti Ağaxan Abdullayevin ailəsi Xalq artisti, professor. Azərbaycan Milli Konservatoriyasının “Muğam” kafedrasının müdiri.

Arif Babayev və konsertdə tələbələr gənclər təşkilatlarının sədrləri, KİV və QHT rəhbərləri, ” “Azərbaycan İnciləri” Facebook dəstək kompaniyasının Layihə rəhbəri Nicat Müslümov iştrak ediblər Nisbət Sədrayeva bildirib ki ,mənə dəstək olduqları üçün bütün tamaşaçılara və rəsmi yayım hüquqçusu olan Azərbaycan “Mədəniyyət” ” kanalının rəhbərliyinə və Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə təşəkkür edirəm .

 

 

Orxan