Müdir vəzifəsinə vakant elan olundu

AMEA Nəsimi adına Dilçilik İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edib.
XALQ.AZ xəbər verir ki, İnstitutdan  verilən məlumata görə, vakant yer institutun Türk dilləri şöbəsinə müdir vəzifəsinə 1 yerdir.
Müsabiqədə filologiya üzrə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər.
Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.
Orxan