Kimisə alçaltmaq, ona zülm etmək düzgün deyil. Bunu etməyin, yaxşı? Bu, sadəcə, qorxaqlıq göstəricisidir. Kimisə qınayanların sizə təsir etməsinə imkan verməyin.
XALQ.AZ xəbər verir ki, 26 yaşlı model intihar edib.
Depressiyaya düşən 26 yaşlı model Anam Tanoli özünü asaraq öldürüb.
Pakistanlı modelin cəsədi Lahor şəhərindəki evindən tapılıb.
Model iki ay əvvəl İtaliyadan qayıtmışdı.
Anamın valideynləri polisə bildirib ki, o, son günlər stress keçirirdi və depressiyaya düşmüşdü.
Qeyd edək ki, o, ölümündən bir müddət əvvəl sosial şəbəkədə video yayaraq zorakılığın, qınamağın düzgün olmadığını söyləmişdi. O, qınayan şəxsləri qorxaq adlandırmışdı.
Orxan