Cənubi Afrikada kişi restoranın ayaqyolunda 7 yaşlı uşağa təcavüz edərkən tutulub.
XALQ.AZ xəbər verir ki, tutulan təcavüzkar ətrafdakı insanlar tərəfindən döyülüb.
Belə ki, saatlarla restoranın barında oturan təcavüzkar oyun oynayan 7 yaşlı uşağı ayaqyoluna aparıb. Ayaqyoluna girən qadın bağlı qapının arxasında səsi eşidib və qışqırmağa başlayıb. Qapı açılan zaman uşaq qanlar içində yerdə yatırdı. Uşağı o vəziyyətdə görən müştərilər təcavüzkara hücum edib. Polislər təcavüzkarı qəzəbli insanların əlindən zorla alıb həbs edə bilib.
Təcavüzkarın döyülmə anı sosial şəbəkələrdə paylaşılıb.
Orxan