Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucovun doğum günüdür.Bu münasibətlə XALQ.AZ Xəbər Portalının kollektivi Seymur Orucovu təbrik edir gələcək fəaliyyətində ugurlar arzulayırıq!
Orucov Seymur Vaqif oğlu 1984-cü il oktyabr ayının 27-də Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olub. Orta təhsilini 2001-ci ildə bitirib. Elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” fakültəsinə daxil olub, 2005-ci ildə bakalavr təhsil pilləsini bitirmişdir. 2005-ci ildə universitetin magistr təhsil pilləsinə “Maliyyə-kredit” ixtisası üzrə qəbul olmuş və 2007-ci ildə həmin ixtisas üzrə magistr dərəcəsi almışdır.
2007-ci ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verib, Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” kafedrasına aspirant kimi qəbul olunmuşdur. 2010-cu ildə iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almaq üçün “Müasir şəraitdə dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi problemləri” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir.
2006-cı ildən 2009-cu ilin iyun ayına kimi Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışır.
2009-cu ildən 2011-ci il aprel ayınadək Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri və 2009-cu ilin noyabr ayından 2011-ci ilin aprel ayınadək tərbiyə işləri üzrə prorektor əvəzi vəzifəsində faəliyyət göstərmişdir.
29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinə, 04 aprel 2011-ci ildə isə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 04 iyun 2010-cu il tarixli 951 nömrəli Sərəncamı ilə “TƏRƏQQİ” medalı ilə təltif olunmuşdur.
Comments are closed.