“10 mindən çox iş yerinin açılması gözlənilir” – Nazir

Gələn il tədiyyə balansının 3,9 milyard dollar olacağı gözlənilir.
XALQ.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev dövlət büdcəsinin parlamentdə müzakirəsi zamanı bildirib. Nazirin sözlərinə görə, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun 17,9 milyard manat olacağı proqnozlaşdırılır.

Ş.Mustafayev, həmçinin qeyd edib ki, cari ilin sonunadək daha 12 aqroparkın fəaliyyətə başlaması nəzərdə tutulub: “Artıq 6 aqropark fəaliyyətə başlayıb, cari ilin sonunadək daha 12 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Tam fəaliyyət nəticəsində il ərzində təxminən 600 milyon manat dəyərində kənd təsərrüfatı məhsullarının istehsal və emalı mümkün olacaq. Ümumilikdə, 10 mindən çox iş yerinin açılması gözlənilir”

Nazir, əlavə edib ki, əhalinin həyat səviyyəsinin yüksəldilməsi başlıca məqsəd olacaq.

Orxan