Bu gün Bakının Sabuncu rayonu 169 sayli tam orta məktəbdə əlifba bayramı keçirilib.
Rus bölməsində təhsil alan 1e sinfinin iştirakı ilə keçirilən tədbirdə müəllim kollektivi və valideynlər iştirak edib.
Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə birinci sinif şagirdləri müxtəlif mahnılar, rəqslərlə çıxış ediblər.