Azərbaycan yığması iki pillə geridə

FİFA milli komandaların reytinq siyahısını açıqlayıb.
XALQ.AZ xəbər verir ki, cədvəldə dünyanın 211 komandası yer alıb.
Azərbaycan milli komandası 1188 xalla 110-cu yerdə qərarlaşıb. Komandamız bu pilləni Bəhreynlə bölüşür.
Nikola Yurçeviçin baş məşqçisi olduğu komanda aprelin 4-də açıqlanan siyahı ilə müqayisədə 2 pillə geriləyib.
Buna yığmamızın hesabat dövründə keçirdiyi iki matçın nəticəsi səbəb olub. Millimiz AVRO-2020-nin seçmə mərhələsinin iyunun 8-dəki görüşündə Macarıstana 1:3, üç gün sonrakı qarşılaşmasında Slovakiyaya 1:5 hesabı ilə uduzub. Bu iki məğlubiyyət komandamızın 14 xal itirməsi ilə nəticələnib.
Qeyd edək ki, siyahının liderləri Belçika (1746), Fransa (1718) və Braziliya (1681) mövqelərini qoruyub. 1467 xala malik qonşu Türkiyə yığması 2 pillə irəliləyərək 37-ci yerə yüksəlib.

Yeganə