Bakıda fahişələr jurnalisti girov saxladılar

masaj

Xalq.az xəbər verir ki, “İnterpress.az” xəbər saytının əməkdaşı Səxavət Məmməd “Odnoklassnik” sosial şəbəkəsində fahişəlik xidməti təklif edənlər tərəfindən girov saxlanılıb.
Adıçıkilən sayt vasitəsi ilə kişilərin tələyə salınması barədə mətbuatda xəbərlər yayıldıqdan sonra məsələni araşdırmaq üçün jurnalist qadınlardan biri ilə əlaqə saxlayaraq, onların təklif etdiyi ünvana gedib: “Jurnalist 1 qadınla masada görüşdüyü zaman, əlavə iki qadın da həmin stola yaxınlaşıb. Həmin qadınlar da bu masaya əyləşərək martini sifariş ediblər. Baş verənlərlə bağlı reportaj hazırlamaq üçün bu məkanda olan müxbirə 4 martini üçün 130 manat hesab gəlib. Hazırda əməkdaşımızdan bu məbləğin ödənilməsi tələb olunur. Əks-təqdirdə onu döyəcəkləri ilə hədələyirlər”.

Saytdan o da qeyd olunub ki, üzərində heç bir adı olmayan həmin məkan paytaxtın Puşkin küçəsində “Anadolu” restoranının yaxınlığında yerləşir