Milyarder koronavirusa qarşı 18 milyon dollar ayırdı

Honq Konqun ən zəngin adamı koronovirusun qarşısının alınması üçün 18 milyon dollar pul ayırıb.

XALQ.AZ xəbər verir ki, 91 yaşlı iş adamı Li Ka Şinq-in virusdan qorunmaq üçün ayırdığı pul Çinin Qırmızı Xaç Cəmiyyəti ilə paylanılacaq.

Qeyd edək ki, Li Ka Şinqin 28,3 milyard dollar sərvətinin olduğu bildirilir.