Azərbaycan Xalq artisti Canəli Əkbərova ağır itki üz verib.
XALQ.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, sənətçinin qardaşı Əkbərov Fərail Xanəli oğlu faciəli şəkildə həlak olub.
Belə ki, Fərail Əkbərov martın 30-da Rusiyanın Sankt-Peterburq şəhərində avtomobil qəzasında həyatını itirib.
Mərhumun nəşini karantin səbəbindən iki ölkə arasında hava və dəmir yolu nəqliyyatı bağlı olduğu üçün Azərbaycana gətirə bilmirlər.