Mikayıl Cabbarovun yeni müavini kimdir? – DOSYE

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əliyev Elnur Aydın oğlu İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

XALQ.AZ Elnur Əliyevin dosyesini araşdırıb.

Qeyd edək ki, o, bu vəzifəyə qədər Vergilər nazirinin müşaviri vəzifəsində çalışıb.

Elnur Əliyev daha əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində işləyib.

Bundan sonra Bakı Şəhər Təhsil İdarəsi müdirinin birinci müavini vəzifəsində, müdir əvəzi vəzifəsində işləyib.

Elnur Əliyev daha sonra Təhsil Nazirliyinin informasiya şöbəsinin müdiri, Nazirliyin aparat rəhbəri vəzifəsinin müvəqqəti əvəzedicisi, 2017-ci ilin dekabrından isə Vergilər Nazirliyində müşavir vəzifələrində çalışıb.

Qeyd edək ki, Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovdur.