“Niyə axtarışda olanların 50 faizi tutulmayıb?”

Milli Məclisin komitə sədri, deputat Qənirə Paşayeva İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Seyfulla Əzimova sual ünvanlayıb. 

XALQ.AZ-ın məlumatına görə, Q. Paşayeva bildirib ki, ötən gün insan alveri ilə bağlı çəkilmiş videoçarxlara baxıb və məlum olub ki, baxış sayı 800-ü keçmir: 

“Mən bilmək istəyirəm ki, Daxili İşlər Nazirliyi televiziyalarla danışıb  maarifləndirici çarxların yayımlanması ilə bağlı danışıq aparırmı? Xüsusilə pik saatlarda bunun edilməsi çox yaxşıdır. İkincisi isə, axtarışda olan şəxslərin 54 faizinin tutulduğu qeyd olunub. Demək bu yarı faizdir. Bilmək istəyirəm ki, digər 50 faizinin tutulmamasının səbəbi nədir? Buna mane olan faktorların nə olduğunu bilmək istəyirik”.

Axtarışda olanların yarısının tutulmaması məsələsi ilə bağlı suala S. Əzimov cavab verib. O qeyd edib ki, həmin şəxslər axtarışda olduğu üçün təyinat ölkələrdədir: “Onlar respublikanın daxilində deyil. Ölkələrin proseduru uzun çəkir, ölkəyə gətirilməsi uzun zaman tələb edir. Nə vaxt gətirilib məhkəməyə təqdim edilərsə bu faiz aşağı düşəcək.