Jurnalistdən icra başçısına təklif: “Burada restoran tikməklə 3 qat qazanacaqsınız”

Jurnalist Teymur Mərdanoğlu Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova və 32 saylı Suraxanı üçüncü seçki dairəsinin deputatı Afət Həsənovaya təklif verib.

XALQ.AZ-ın xəbərinə görə, T.Mərdanoğlu Əmircan qəsəbəsində yaşıllıq zonasında park salınmasını məqsədəuyğun hesab edib.

“Əmircan qəsəbəsi ərazisində park yoxdur, amma park üçün ideal məkan, hazır infrastruktur var. Zeynal Zeynalov küçəsinda bir az təmizlik etmək, 3-5 skamya yerlaşdirməklə, bir-iki atraksion qoymaq və işıqlandırmaqla park salmaq olar. Şəkillərə də baxa bilərsiniz.

Birdən düşünərsiniz ki, bizim bundan qazancımız nə olacaq – elə parkın içərisində bir restoran və ya kafe tikməklə qoyacağınız vəsaitin 3 qatını götürəcəksiniz” – jurnalist qeyd edib.

\

undefined

undefined

XALQ.AZ