Azərbaycanlılar Rusiyanın Bryansk şəhərində qiyam qaldırıblar.
Lent.az -ın yerli KİV-ə istinadən məlumatına görə, buna səbəb şəhərin mərkəzində yerləşən meyvə-tərəvəz bazasının çirkab və dağılmış vəziyyətdə olmasıdır.
Bryansk vilayətinin ən böyük bazasında, fotolardan da göründüyü kimi, asfalt örtüyü dağılıb gedir, hər tərəf palçıqdır. İş o yerə çatıb ki, bütün bazar ərazisində çirkab dolu gölməçələr yaranıb. Bunun nəticəsində yerli sakinlərin bazara axını həddən artıq azalıb.
XALQ.AZ