Bakıda inzibati binada yanğın olub.
Xalq.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 600 kv.m olan birmərtəbəli 14 otaqdan ibarət inzibati binanın 4 otağının və dam örtüyünün yanar konstruksiyaları 300 kv.m sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.