“Qələbə zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti bölgədə sülh, təhlükəsizlik və əməkdaşlıq münasibətlərinin bərqərar olması üçün fəal təşəbbüslərlə çıxış edir və fəaliyyətini bu istiqamətdə qurub. Amma təəssüflər olsun ki, Ermənistan və onlara havadarlıq edən mərkəzlər tərəfindən isə bunun tam əksinin şahidi oluruq. Xüsusən də özlərini beynəlxalq hüququn, demokratiyanın, dünyada sülhün, sabitliyin, təhlükəsizliyin tərəfdarı kimi çıxış edən Avropa strukturlarının Azərbaycan Prezidenti cənab İlham Əliyevin Cənubi Qafqazda sıx əməkdaşlıq və inteqrasiyanın və nəticədə davamlı sülhün, inkişafın əldə olunması istiqamətindəki siyasətinə dəstək vermək əvəzinə, gərginliyin davam etməsi yönündəki addımları insanda ikrah hissi oyadır. Bu beynəlxalq hüquqa hörmətsizlik və tüpürmək deməkdir”.
Bunu açıqlamasında Milli Məclisin deputatı İqbal Məmmədov deyib.
Onun sözlərinə görə, görünən odur ki, Ermənistan və onun havadarları hələ də öz xislətlərindən əl çəkmək niyyətində deyillər. “ İstər Avropa Parlamentinin 121 üzvünün Avropa Komissiyasının sədri və Aİ sədrinə müraciət edərək Azərbaycandan “erməni əsirlərin” qaytarılmasının tələb etməsi, istərsə də ATƏT MQ-nin bu yöndəki çağırışlaır qəbuledilməzdir. Çünki onların azadlığını tələb etdikləri “əsirlər” hərbi cinayətkarlardır. Onlar törətdiyi hərbi cinayətlərə görə beynəlxalq hüququn normalarına uyğun olaraq ədalət məhkəməsi qarşısında cavab verməlidir.
Digər xüsusi bir məqam isə ondan ibarətdir ki, “əsir” deylən hərbi cinayətkar və terrorçular 44 günlük hərbi əməliyyatlar zamanı deyil, hərbi əməliyyatlar bitdikdən sonra Azərbaycan Ordusu və mülki əhaliyə qarşı terror fəaliyyəti təşkil etmək məqsədilə azad edilmiş ərazilərimizə qanunsuz olaraq yerləşdirilərək hərbçilərimizi və dinc insanları qətlə yetiriblər. Onlar Azərbaycan tərəfinin həyata keçirdiyi anti-terror əməliyyatı nəticəsində tərksilah edilərək saxlanılıblar. Bu cinayətkarlar törətdiyi əmələ görə cavab verməlidir.
O baxımdan beynəlxalq hüququn tərəfdarı kimi çıxış edən Avroparlamentin deputatları dünyada belə yeni presidentlərinin yaranmaması üşün həmin cinayətkarların beynəlxalq tribunalda mühakimə olunaraq, layiqli cəzalarını çəkmləri barədə müraciət etsəydilər daha yaxşı olardı. Onların bu hərəkəti beynəlxalq aləm tərəfindən də alqışlanardı. Lakin beynəlxalq hüququn tələblərinin icrasının tərəfdarı kimi çıxış edən bir qurumun belə bir mövqe sərgilməsi insanlarda həm beynəlxaq təşkilatlara, həm də beynəlxalq hüquqa olan inamın itirir. Onlarda ikrah və nifrət hissi oyadır”- deputat qeyd edib.
Deputat hesab edir ki, bu kimi addımlar bölgədə sülhə deyil, gərginliyin artmasına xidmət edir:
“Əgər onlar əsir və girovların taleyinə belə can yananlıq göstərirsə, bəs o zaman Birinci Qarabağ müharibəsi zamanı erməni tərəfinə əsir və girov düşən 4 minə yaxın azərbaycanlının və indiyədək talelərindən heç bir xəbər olmayan insanlar haqqında niyə səslərini çıxarmayıblar? Hərbi cinayətkarların azad edilməsini tələb edənlər niyə girov düşən günahsız dinc insanların azad edilməsi, onların başına gətirilən müsibətlər haqqında bir kəlmə də olsun danışmayıblar və hələ də susmaqdadırlar?! Digər bir məsələ Ermənistan tərəfi hələ də beynəlxalq hüququ kobud surətdə pozaraq Azərbaycan tərəfinə minalanmamış ərazilərin xəritəsini verməkdən imtina edir. Bəs görən avropalı parlamentarilər bunə niyə susur? Axı minalanmış ərazilərin xəritəsinin verilməməsi nəticəsində dinc insanlar həyatını itirir. Erməni tərəfinin bu hərəkəti insanlığa qarşı cinayətdir, o, belə cinayətləri davam etdirir. Amma biz beynəlxalq bilrliyin, o cümlədən Avropa Parlamentinin nümayəndələrinin Ermənistana təzyiqlər etməsi əvəzinə susqunluğunun, hər addımda onların cinayət əməllərinə göz yumduğunun və terrorçuları dəstəklədiyinin şahidi oluruq. Əksinə Azərbaycana təzyiq edərək hərbi cinayətkarların, terrorçuların azad olunmasına çalışırlar. Bu isə beynəlxalq təşkilatlar tərəfindən beynəlxalq hüquqa hörmətsizliyin bariz göstəricisidir. Əgər belə olmasaydı Ermənistanın işğalçılıq siyasəti 30 il davam etməzdi. Məhz onların himayəsi və dəstəyi. Göz yumması nəticəsində ermənilər insanlığa qarşı dəhşətli cinayətlər törədiblər”.
Millət vəkili sonda onu da bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev istər daxili, istər xarici siyasət yürüdərkən hər zaman humanizm prinsiplərini üstün tutub: “Biz bunun 44 günlük Vətən müharibəsindən sorna da şahidi olmaqdayıq. Cənab Prezident bölgədə davamı sülhün və sabitliyin təmin olunması məqsədi ilə hətta əsir götürülən hərbi cinayətkarları geri qaytarır. Bununla da Azərbaycan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata böyük əhəmiyyət verir və onun bütün müddəalarının tam yerinə yetirilməsinə sadiqliiyni bir daha nümayiş etdirir. Bu da Azərbaycan Prezidentinin humanist siyasətinin göstəricisidir”.