Bakı Metropoliteni İdarəsindən bu gün səhər saatlarında metroda baş verən yanğınla bağlı açıqlama verilib.
İdarənin mətbuat xidmətindən verilən məlumata səhər saatlarında 38 saylı marşrut üzrə hərəkət edən metro qatarının 4-cü vaqonunda Koroğlu stansiyasında tüstülənmə hadisəsi baş verib. Sərnişinlər dərhal təxliyyə ediliblər. Tüstülənmənin qarşısı alınıb. 08:30-dan etibarən metroda hərəkət tamamilə bərpa olunub.
Xatırldaq ki, bu səhər saat 8 radələrində Həzi Aslanov – Dərnəgül xətti ilə hərəkət edən qatarda yanğın baş vermişdi.
XALQ.AZ-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə metronun Koroğlu stansiyasında meydana gəlib.
Hadisə yerinə FHN xilasediciləri və dövlət yanğından mühafizə briqadaları cəlb olunmuşdu.