İsveçrənin Sürix şəhərində yerləşən “Ayverdi” adlanan restoran kosmosa ilk kababı göndərdiyini iddia edib.
XALQ.AZ-ın xəbərinə görə, restoran bu iddiasını yayımladıqları video ilə də dəstəkləyib. Restoranı quran 3 qardaşdan biri Əli Ayverdi yerli mediaya açıqlamasında “Hava şarı ilə 3-cü sınaqdan sonra Weiningendən kosmosa, 37.795 m yüksəkliyə kabab göndərdik”-deyib.
Kosmosa göndərilən ilk kabab rekordunun qeydə alınması üçün Ayverdi, Ginnesin Rekordlar Kitabından məsul şəxslərlə əlaqəyə keçdiklərini deyib.