Daxili İşlər Nazirliyi tərəfindən Bakıda və müxtəlif bölgələrdə vətəndaş qəbulları davam etdirilir.
Bu istiqamətdə növbəti tədbir kimi, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, sentyabrın 21-də Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov Lənkəranda vətəndaşları qəbul edəcək.Xalq.az DİN-nin rəsimi saytına istinadən məlumat verir ki, Görüşdə cənub bölgəsini əhatə edən rayonların (Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik) sakinlərini qəbul edəcək. Qəbul 21 sentyabr 2013-cü ildə saat 11.00-da başlayacaq.