Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Bakının Səbail rayonu Badamdar qəsəbəsində əməliyyat keçirib.
XALQ.AZ-a daxil olan məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları saat 14.00 radələrində Səbail rayonu Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi ərazisində evlərin birində əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
İlkin xəbərə əsasən əməliyyat zamanı radikal vəhhabi təriqətinə mənsub 20-yə yaxın şəxs saxlanılıb. Hazırda şübhəli vəhhabilərin toplaşdığı tikilidə axtarış tədbirləri davam etdirilir. Vəhhabilərin toplaşdığı məkandan çoxlu sayda qadağan olunmuş əşya və nəşrlərin götürüldüyü də xəbərlər sırasındadır. Ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nəzarətə alınıb.