Göygöldə tender oyunu

 

38

 

Redaksiyamıza Göygöl rayon sakini Məmmədov Şahin Şakir oğlu tərəfindən Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində baş verən korrupsiya halları barədə məktub daxil olub. Məktub müəllifi iddia edir ki, onu Göygöl rayon Mədəniyyət və Turizm şöbəsindəki vəzifəsindən məhz bu hallara qarşı çıxdığına görə azad ediblər. Məktubu olduğu kimi təqdim edirik.

MƏN ÖLKƏ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVİN KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ETMƏSİNƏ DƏSTƏK VERDİYİM ÜÇÜN İŞDƏN AZAD EDİLDİM.

 

Mən Məmmədov Şahin Şakir oğlu 04.11.1984-cü ildə Göygöl rayon Üçtəpə kəndində anadan olmuşam. Hal-hazırda həmin ünvanda yaşayıram. Atam birinci qrup əlildir. Ali təhsilimi fərqlənmə diplomu ilə başa vurmuşam. Hərbi xidmətdə ön xəttdə zabit kimi qulluq etmişəm. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. 06 oktyabr 2011-ci il tarixdən Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi vəzifəsində işləyirəm. Həmin vəzifəyə DQMK-nın təşkil etdiyi imtahanın müsabiqə və müsahibə mərhələlərini kəçərək qəbul edilmişəm. Göygöl rayon Mədəniyyət və Turizm sobəsinin müdiri xanım Hümbətova sınaq və staj müddətlərimdə kuratorum olub. Sınaq və staj müddətimi başa vurduqdan sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Ə.Qarayevin Əmri ilə kicik dovlət qulluqçusu ixtisas dərəcəsi almışam.
Dövlət qulluğu keçdiyim müddət ərzində heç vaxt barəmdə hər hansı intizam tənbeh tədbiri tətbiq edilməyib. Göygöl rayon Gənclər və İdman idarəsi tərəfindən rayonda gənclər siyasətinin həyata kəçirilməsində fəal iştirak ətdiyimə görə Fəxri Fərmana layiq görülmüşəm.

Sherqiye_Humbetova
Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində işlədiyim müddət ərzində şöbə müdirim xanım Hümbətova 2013-cü ilin fevral ayına qədər ZAUR MMC ilə -cü ilin fevral ayından etibarən isə ƏDİRƏF MMC ilə alınan inventar və avadanlıqlar, görülən işlər müqabilində bu MMC lərin hesabına pullar köçürülür. Bu MMC lərdən ƏDİRƏF MMC Göygöl Şəhər İnzibati Dairəsi üzrə İcra Nümayəndəiyinin mühasibi Fəridə Məmmədovanındır. Hər ay keçirilən maliyyə əməliyyatlarından sonra Fəridə Məmmədova ilə Şərqiyyə Hümbətova bu əməliyyatlardan əldə etdikləri «qazancı» bölüşdürürlər. Bir çox hallarda Fəridə Məmmədova «qazancı» gec gətirdiyinə görə, bir hissəsini gecikdirdiyinə görə aralarında mübahisələr yaranırdı. ƏDİRƏF MMC nin adı Fəridənin adının tərs oxunuşudur. Yəni bunların heç bir maliyyə yoxlamasından qorxuları yoxdur. ƏDİRƏF MMC-nin hesabına köçürülən pullar mədəniyyət obyektlərinin pərdələrinin, xalçalarının yuyulması, elektrik naqillərinin dəyişdirilməsi adı ilə köçürülürdü və heç vaxt bu işlər görülmürdü. Keçirilən(əslində keçirilməyən) tədbirlərin xərclərinin ƏDİRƏF MMC tərəfindən həyata keçirildiyi qeyd olunur. 2013-cüiin iyun ayının 2 də mən məzuniyyətdə olduğum zaman şöbə müdirim xanım Hümbətova məni talesimiyalı uşaqlara qan vermək üçün işə çağırdı. Qanvermə aksiyasından sonra mənə imzalamalı olduğum və ƏDİRƏF MMC ilə görülən işlərə görə olan aktlara imza atmağımı istədi. Mən həmin aktlarda olan məbləğin 35-40 min manat olduğunu və həmin aktlarda olan qiymətlərin 3-4 dəfə artıq yazıldığını görüb imza etməkdən imtina etdim. Xanım Hümbətova mənə bu aktlara özümdə imza atıram, möhür vururam cavabdeh mən özüməm deməyinə baxmayaraq yenə də imza atmadım. Xanım Hümbətova bu aktlardakı qiymətləri artıq yazmaq səbəbi kimi gələn“qazanc” dan “HƏRƏNİN ÖZ FAİZİ” olduğunu bildirdi. 2013-cü ilin iyun ayında məzuniyyətdən qayıtdıqdan etibarən xanım Hümbətova mənə heç bir tapşırıq vermədi. Bu hal 5 avqust 2013-cü ilə kimi mən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə müraciət edənə qədər davam etdi. Nazirlikdən isə heç kəs gəlib göstərdiyim məsələləri yoxlamadı, yalnızca telefon vastəsilə birdə belə hallar olmasın deyildi. Bu müraciətimdən sonra xanım Hümbətova mənə qarşı münasibətini tamamilə dəyişdi. Məni şöbənin bütün işlərindən uzaqlaşdırdı. Sanki öz şəxsi şirkətini idarə edirmiş kimi mənə tapşırıqlar verməməyə başladı. 2 iyun 2013-cü il tarixdə imzalamadığım sənədləri isə aktdan adımı çıxardıb başqa bir adla, eyni qiymətlərə sənədləşdirdi.

Kompyuter dəsti » Casper» — 400-500 manat — 1380 manat kimi

Kompyuter dəsti «LC»—- 400-500 manat — 1320 manat kimi

Notebook «Casper» —— 500-600 manat— 1246 manat kimi

Dinakort ——— 1800-2000 manat—— 4066 manat kimi

Stul ——— 25-30 manat —- 56 manat kimi.

Şkaf ———- 150-180 manat —— 400-450 manat kimi

Tozsoran ———- 130-150 manat ——— 256 manat kimi

Telefon aparatı ———- 8-10 manat —— 25-30 manat kimi sənədləşdirildi.

Mənim öz şəxsi işimə baxmağıma icazə vermirdi. Bunun səbəbi isə şəxsi işimin içinə yeni-yeni «akt» lar yerləşdirməsi idi. bu aktlar məndən xəbərsiz yazılırdı və məndən heç bir izahat alınmırdı.

Mən korrupsiyaya təkbaşına mübarizə aparmağa başlayanda bilirdim ki, xanım Hümbətova məni işdən azad etmək üçün hər cür şər böhtandan istifadə edəcək, öz vəzifə səlahiyyətlərindən istifadə edəcək. Amma axır-əvvəl bu məsələni ölkə Prezidenti cənab İlham Əliyevin eşidəcəyinə də əminəm. 11 aprel 2014-cü il tarixdə Hesablama Palatasına və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə korrupsiya faktları barədə müraciət etdim. Bu müraciətimdən sonra xanım Hümbətova məni işdən çıxarmaq fikrini qətiləşdirdi. Mənim barəmdə əvvəlki tarixlərə “akt” lar yazıb, işçilər üzərində olan təsirindən istifadə edərək onlara imzalatdırdı. Mənim işdən olunmağım üçün təqdimatımı Azərbaycan Respubliksaının Mədəniyyət və Turizm Nazirliyinə göndərdi. Sağolsun nazirliyimiz də xanım Hümbətovanın xətrinə dəymədi və 17 iyul tarixdə mənim dövlət qulluğuma xitam verdi. İşdən azad olma səbəbim kimi də nazirliyin nüfuzuna xələl gətirməyimi göstərdilər.

 Qarşı tərəfin mövqeyin verməyə hazırıq.